27 oktyabr 2024. Bazar günü

Azərbaycan Böyük Dəbilqə'yə 6 cüdoçu ilə qatılır


  • Offside
  • 13:04 27.02.2023
  • Oxunma sayı: 72
Azərbaycan Böyük Dəbilqə'yə 6 cüdoçu ilə qatılır
Azərbaycan millisi martın 3-də Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə qatılacaq. Corner.az xəbər verir ki, yarışda yığmamızı təmsil edəcək cüdoçular müəyyənləşib.
 
Komandamızın 6 üzvü martın 5-dək davam edəcək turnirdə qüvvəsini sınayacaq. Bunlar Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), Kamran Süleymanov, Ruslan Paşayev (hər ikisi 66 kq), Nəriman Mirzəyev və Rəşid Məmmədəliyevdir (hər ikisi 73 kq).
 
Qeyd edək ki, Böyük Dəbilqədə 53 ölkənin 382 idmançısı mübarizə aparacaq.






Offside