28 noyabr 2024. Cümə axşamı

Difai bağışlandı, Neftçi'nin şikayəti isə ...


  • Offside
  • 13:06 27.02.2023
  • Oxunma sayı: 82
Difai bağışlandı, Neftçi'nin şikayəti isə ...
Apellyasiya Arbitraj Tribunalının yeni qərarları açıqlanıb. Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Difai” FK tərəfindən verilən apellyasiya şikayəti təmin edilib:
 
17 fevral 2023-cü il tarixdə İntizam Komitəsi tərəfindən AFFA Region Liqasında çıxış edən “Difai” FK barəsində qəbul edilmiş 0:3 hesablı texniki məğlubiyyət cəzası ləğv edilsin.
 
“Neftçi” PFK tərəfindən verilmiş apellyasiya şikayətləri isə təmin edilməyib:
 
İntizam Komitəsi tərəfindən AFFA Gənclər Liqasında çıxış edən “Neftçi” komandasının futbolçusu Oruc Məmmədov barəsində 4 oyun və “Neftçi“ komandasının baş məşqçisi İlyas Qurbanov barəsində verilmiş 5 oyun kənarlaşdırma cəzası qüvvədə saxlanılsın.






Offside