27 oktyabr 2024. Bazar günü

Azərbaycan badmintonçularından beynəlxalq turnirdə gümüş medal


  • Offside
  • 13:22 27.02.2023
  • Oxunma sayı: 84
Azərbaycan badmintonçularından beynəlxalq turnirdə gümüş medal

Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Uqandanın paytaxtı Kampala şəhərində keçirilən “Uganda International Challenge 2023” turnirində gümüş medal qazanıblar.

Federasiyadan Corner.Az-a verilən məlumata görə, onlar kişi badmintonçuların qoşa kateqoriyasında beynəlxalq turniri ikinci pillədə tamamlayıblar.

Mübarizəyə 1/16 finaldan başlayan cütlük İsveçrə, Maldiv adaları, Norveç və Fransanı təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəliblər.

Edi-Ezmi tandemi həlledici görüşdə Tailand badmintonçularına 0:2 (19:21,18:21) hesabı ilə məğlub olublar.







Offside