27 oktyabr 2024. Bazar günü

Bədən tərbiyəsi və idman günü'nə həsr olunan stolüstü tennis turniri keçirilir


  • Offside
  • 17:03 27.02.2023
  • Oxunma sayı: 106
Bədən tərbiyəsi və idman günü'nə həsr olunan stolüstü tennis turniri keçirilir
Azərbaycan Respublikasının dövlət qurumlarının əməkdaşları arasında 5 mart “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş stolüstü tennis turnirinə start verilib.

Federasiyadan Corner.az-a verilən məlumata görə, “Şüa” İdman Kompleksində təşkil olunan yarışda stolüstü tennis həvəskarları şəxsi mübarizədə bacarıqlarını göstərirlər.

Gənclər və idman nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi turnirin keçirilməsində əsas məqsəd əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, sağlamlıqlarının möhkəmləndirilməsi və bu idman növünün populyarlığının artırılmasıdır. 


Sabah yekun vurulacaq yarışın qalibləri təşkilatçılar tərəfindən diplom, medal və mükafatlarla təltif olunacaqlar.






Offside