27 oktyabr 2024. Bazar günü

Elmar Qasımov karyerasını başa vurdu


  • Offside
  • 18:35 27.02.2023
  • Oxunma sayı: 89
Elmar Qasımov karyerasını başa vurdu
Azərbaycan millisinin cüdoçusu Elmar Qasımov karyerasını başa vurub. Corner.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
 
Cüdoçu özü açıqlamasında artıq başqa hədəflərinin olduğunu bildirib. O, diqqətini yeni planlara yönəltmək istədiyini vurğulayıb.
 
Qeyd edək ki, Elmar Qasımov Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb. Cüdoçu 2009-cu ildə İrəvanda keçirilən gənclərin Avropa çempionatında çempion olaraq, himnimizi səsləndirib və bayrağımızı dalğalandırıb.
 






Offside