16 dekabr 2025. Çərşənbə axşamı

Arda Turan vergidən yayınmaqda ittiham edilir


  • Offside
  • 22:11 27.02.2023
  • Oxunma sayı: 113
Arda Turan vergidən yayınmaqda ittiham edilir

Türkiyə millisinin sabiq futbolçusu Arda Turan İspaniyada vergidən yayınmaqda ittiham edilir.

Corner.Az yerli "Sport" qəzetinə istinadən xəbər verir ki, 36 yaşlı keçmiş yarımmüdafiəçinin ümumilikdə 828 min avro borcu var.

Arda Turanın 2015-ci ildə 499 min 740, 2016-cı ildə isə 328 min 351 avro məbləğində vergidən yayındığı bildirilir.

Prokurorluq "Atletiko" (Madrid) və "Barselona" klublarında çıxış etmiş oyunçu üçün cinayət işi açılmasını tələb edib.

Qeyd edək ki, Arda Turan 2011-2015-ci illərdə Madrid təmsilçisinin, 2015-2020-ci illərdə isə müqavilə ilə Kataloniya klubunun uğurları üçün çalışıb.







Offside