Fransanın PSJ klubunun və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi cinsi təcavüzdə ittiham olunur. Corner.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Xəbərdə, hadisə fevralın 26-da qeydə alındığı vurğulanıb. Mənbə Hakiminin sosial şəbəkədə tanış olduğu və öz evinə çağırdığı 23 yaşlı qıza onun istəyinin əleyhinə olaraq təcavüz etdiyini və həmin şəxsin 1 gün sonra yerli polisə olay barədə xəbər verdiyini açıqlayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Futbolçu özü ötən axşam baş tutan “The Best” mükafatlandırma mərasimində iştirak edib.
Xatırladaq ki, Hakimi bu mövsüm PSJ forması ilə bütün turnirlərdə 31 matçda forma geyinib.