27 oktyabr 2024. Bazar günü

Dünya çempionları məktəblilərlə görüşüb


  • Offside
  • 17:13 28.02.2023
  • Oxunma sayı: 133
Dünya çempionları məktəblilərlə görüşüb

Azərbaycan Şahmat Federasiyası və Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin şahmat dərnəyinin təşkilatçılığı ilə məktəblilərin tanınmış şahmatçılarla görüşü keçirilib.

Federasiyadan Corner.Az-a bildirilib ki, görüşdə 20 yaşadək şahmatçılar arasında dünya çempionatının qalibləri, beynəlxalq qrossmeysterlər Abdulla Qədimbəyli və Gövhər Beydullayeva iştirak edib.

Şahmatçılar şagirdlər arasında eyni anda seans görüşü təşkil olunub.

Sonda məktəblilərin suallarını cavablandıran dünya çempionları onlarla xatirə şəkli çəkdirib.







Offside