27 oktyabr 2024. Bazar günü

Şahmat Federasiyası Heydər Əliyev İli'nə həsr olunan silsilə tədbirlər keçirəcək


  • Offside
  • 17:18 28.02.2023
  • Oxunma sayı: 112
Şahmat Federasiyası Heydər Əliyev İli'nə həsr olunan silsilə tədbirlər keçirəcək

Azərbaycan Şahmat Federasiyası (AŞF) “Heydər Əliyev İli”nə həsr olunan geniş tədbirlər planını təsdiqləyib.

Qurumdan Corner.Az-a verilən məlumata görə, federasiya il ərzində Bakıda və digər şəhərlərdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan yerli və beynəlxalq turnirlər təşkil edəcək.

Silsilə tədbirlər sırasında paytaxtda və digər regionlarda 100 lövhədə eyni anda seanslar, rapid yarışlar, tanınmış azərbaycanlı şahmatçıların gənclərlə görüşü, beynəlxalq OPEN turniri və digər tədbirlər daxil edilib.

AŞF ölkədə fəaliyyət göstərən şahmat məktəblərinə qədim oyunla bağlı ləvazimatların təqdim olunmasına başlayıb. Artıq Quba və Bakının bir neçə məktəbinə müvafiq şahmat vəsaitləri hədiyyə olunub.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev ötən il 22 sentyabrda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı sərəncam imzalayıb.







Offside