Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 7-ci turdan təxirə salınan oyun keçirilib. Corner.az xəbər verir ki, Voleybol Mərkəzində “Xarı bülbül”lə MOİK üz-üzə gəlib.
Qarşılaşmanın favoriti sayılan birincilər sensasiyaya imkan verməyib. “Xarı bülbül” hər üç setdə “hərbçilər”dən güclü olub – 3:0 (27:25, 25:8, 25:19).
Bu qalibiyyət ikinci pillədəki “Xarı bülbül”ün xal ehtiyatını 15-ə çatdırmasına səbəb olub. Sonuncu yerdə qərarlaşan MOİK-in isə aktivində cəmi 1 xal var.