27 oktyabr 2024. Bazar günü

Ponomaryov cəzalandırıldı


  • Offside
  • 17:42 01.03.2023
  • Oxunma sayı: 65
Ponomaryov cəzalandırıldı
AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
 
Gənclər Liqasında keçirilən “Kəpəz” - “Sabah” oyununda “Sabah”ın baş məşqçisi İqor Ponomaryov qarşılaşmanın 90-cı dəqiqəsində hakimlərə qəti şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb.
 
Gənclər Liqasında keçirilən İCBFA - "Şamaxı" FK oyununda İCBFA komandasının futbolçusu Rəmzi Səfərov qarşılaşmanın 86-cı dəqiqəsində meydanı tərk edərkən hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.
 
Bu oyunda “Şamaxı"nın futbolçusu Rüstəm Əlizadə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.






Offside