28 noyabr 2024. Cümə axşamı

Dünya çempionatları tarixinin rekordçusu dünyasını dəyişdi


  • Offside
  • 17:55 01.03.2023
  • Oxunma sayı: 77
Dünya çempionatları tarixinin rekordçusu dünyasını dəyişdi
Fransa millisinin sabiq hücumçusu Just Fonten vəfat edib. Corner.az xəbər verir ki, keçmiş futbolçu 89 yaşında dünyasını dəyişib.
 
Fontn peşəkar karyerasına 1950-1953-cü illərdə oynadığı Kasablankada başlayıb. Fransanın “Nitsa” və “Reyms” klublarının da şərəfini qoruyub.
 
Fransa millisinin heyətində 21 oyunda 30 qol vurub. O, bir dünya çempionatında ən çox qol vuran rekorda sahibdir - 1958-ci ildə 13 qol. Həmin turnirdə Fransa yığması bürünc medal qazanıb.
 
Just 4 dəfə Fransa çempionu olub, iki dəfə Fransa kubokunu qazanıb, avrokuboklarda finalçı olub.
Futbolçu karyerasını başa vurduqdan sonra Fonten Fransa millisini (komandada 2 oyun işləyib), PSJ, “Tuluza” və Mərakeş millisini çalışdırıb.






Offside