- Offside
- 22:48 26.11.2024
“Həmin video həyatıma necə təsir etdi? Bundan sonra keçirdiyim ilk matç - “Krasnodar”la oyun çox çətin və ağrılı idi. Penalti zərbəsini vurmağa hazırlaşanda, azarkeşlər fitə basmağa başladı”. Corner.az xəbər verir ki, bunu Moskva “Lokomotiv”inin hücumçusu Artyom Dzyuba deyib.
Bir müddət öncə intim videosunun internetdə yayılmasının həyatına necə təsir etməsi barədə danışan 34 yaşlı futbolçu həmin dövrü çox ağrılı keçdiyini vurğulayıb: “Mənə əhəmiyyət verməyin, amma komandanız çempionluq uğrunda mübarizə apararkən, siz bir insanı bitirməyə çalışırsınız... Bu, heç də yaxşı deyildi. Hətta o anda belə bir düşüncə keçdi ağlımdan: “Cəhənnəm olsun, istəmirsiz, heç vurmuram”. Bütün bunlar çox xoşagəlməz idi”.
Futbolçu qeyd edib ki, sonradan bu hadisəni sakit qarşılayıb: “Gedirsiniz, qadınlar və qızlar sizə baxırlar, baxışları ilə sizi soyundururlar. Bu, gülməli idi. Həmin anda düşünürdüm ki, əslində, mən səni nəzərlərimlə soyundurmalı idim, səni məni yox” (gülür).
Qızlar hətta “salam” verəndə də başa düşürsən ki, videonu görüblər. Ümumiyyətlə, mənə elə gəlir ki, bunu hamı görüb. Bu, mənə populyarlıq da qazandırdı. Qadınların diqqəti artdı, amma çox təəssüf ki, kişilərin də. Ancaq bu, çox da yaxşı hal deyildi”.