27 oktyabr 2024. Bazar günü

AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq məsələlər açıqlanıb


  • Offside
  • 18:25 01.03.2023
  • Oxunma sayı: 71
AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq məsələlər açıqlanıb
AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq məsələlər müəyyənləşib. Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, martın 7-də “Fairmont” hotelində baş tutacaq iclasda bir çox məsələ gündəmə gətiriləcək.
 
Bunlardan biri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər olacaq. Həmçinin 2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən ayrılacaq maliyyə vəsaitinin müxtəlif regionlarda yeni stadionların inşasına ayrılması nəzərdə tutulub.
 
Martın 7-də aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri, həmçinin AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibi və Futbol Veteranları üçün fərdi təqaüdlər haqqında Əsasnamə təsdiq ediləcək.
 
Yoxlama və Təftiş Komitəsinin hesabatı, eyni zamanda Birinci Divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərar müzakirəyə çıxarılacaq.
 
Misli Premyer Liqası, Birinci Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə həvalə olunması da bu toplantıda təsdiqlənəcək.
 
Uzun müddətdir gündəm mövzusu olan Birinci Divizion və əvəzedici heyət yarışlarının ayrılması da müzakirə ediləcək. 2023-24 mövsümündən etibarən Birinci Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqi ilə bağlı fikir alış-verişi aparılacaq.
 
Azərbaycan Futzal Federasiyasının fəaliyyəti ilə bağlı federasiya rəhbərliyi məlumat da verəcək.
 
Eyni zamanda digər məsələlər də müzakirə olunacaq.






Offside