27 oktyabr 2024. Bazar günü

Millinin sabiq kapitanından şok iddia


  • Offside
  • 18:28 01.03.2023
  • Oxunma sayı: 133
Millinin sabiq kapitanından şok iddia
Ekvatorial Qvineya millisinin sabiq kapitanı Yuvenal Edcoqo şok iddia ilə çıxış edib. Corner.az xəbər verir ki, sabiq yarımmüdafiəçi on il əvvəl - 2013-cü ildə “Qızıl top” səsverməsinin FIFA tərəfindən dəyişdirildiyini açıqlayıb.
 
.44 yaşlı sabiq futbolçu həmin vaxt FIFA onun adından Kriştiano Ronaldo və Lionel Messiyə səs verildiyini bildirib: “Halbuki, mən Didye Droqba və Andres İnyestaya səs vermişdim. FIFA-nın siyahısına baxanda şoka düşdüm. Gördüm ki, adlar tamamilə dəyişdirilib. Buna görə də “Qızıl top”un mənim üçün heç bir dəyəri yoxdu”.
 
Maraqlıdı ki, vaxtilə Boliviya, Albaniya, Ekvatorial Qvineya, Dominikan Respublikası, Fici, Küveyt və Vanuatudan olan məşqçilər də səsvermənin saxtalaşdırıldığını iddia ediblər.
 
Hazırda Azərbaycan millisini çalışdıran Canni de Byazi həmin vaxt məhz Albaniya yığmasının "sükanı arxası"nda olub və o da səsvermənin saxtalaşdırıldığını iddia edənlər arasında olub.
 
Qeyd edək ki, 2013-cü ildə “Qızıl top” mükafatını Kriştiano Ronaldo qazanıb.






Offside