16 dekabr 2025. Çərşənbə axşamı

Azərbaycanın 6 cüdoçusu üçün Böyük Dəbilqə sınağı başlayır


  • Offside
  • 13:37 02.03.2023
  • Oxunma sayı: 80
Azərbaycanın 6 cüdoçusu üçün Böyük Dəbilqə sınağı başlayır
3-5 martda Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək. Corner.az xəbər verir ki, üç gün davam edəcək turnirdə 51 ölkədən 372 idmançı iştirak edəcək.
 
Azərbaycan millisi yarışda 3 çəki dərəsində 6 cüdoçu ilə təmsil olunacaq.
 
İdmançılar mötəbər yarışda böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mövlud Mirəliyev və Mehman Əzizovun rəhbərliyi altında çıxış edəcək.
 
-60 kq. 
Rövşən Əliyev 
Əhməd Yusifov 
 
-66 kq. 
Kamran Süleymanov 
Ruslan Paşayev 
 
-73 kq. 
Nəriman Mirzəyev 
Rəşid Məmmədəliyev






Offside