15 dekabr 2025. Bazar ertəsi

Məktəblilər üçün avarçəkmə idman növü üzrə ustad dərsləri


  • Offside
  • 17:59 02.03.2023
  • Oxunma sayı: 119
Məktəblilər üçün avarçəkmə idman növü üzrə ustad dərsləri

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar idman həftəsi çərçivəsində Səbail rayon 239 nömrəli tam orta məktəbdə avarçəkmə idman növü üzrə ustad dərsləri təşkil olunub.

Corner.Az xəbər verir ki, martın 2-də reallaşan görüşdə akademik avarçəkmə üzrə məşqçi Samir Məmmədov şagirdlərə seminar keçib. Seminar zamanı avarçəkmə idman növünün tarixi və Azərbaycanda inkişaf etdirilən növləri haqqında məlumat verilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü əsasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının dəstəyi ilə keçirilən seminarın təşkilində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.







Offside