Azərbaycanın daha bir idman gimnastı Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə dünya kubokunda finala yüksəlib. Corner.az xəbər verir ki, milli komandanın üzvü Nazənin Teymurova sərbəst hərəkətlərinin icrasında təsnifat mərhələsini 5-ci pillədə başa vurub.
Gimnast bu nəticə ilə adını finala yazdırıb.
Xatırladaq ki, daha əvvəl Nikita Simonov halqalarla hərəkətlərin icrasında həlledici mərhələyə adlayıb.