28 noyabr 2024. Cümə axşamı

Braziliya futbolunda növbəti qalmaqal


  • Offside
  • 16:12 03.03.2023
  • Oxunma sayı: 76
Braziliya futbolunda növbəti qalmaqal
Braziliya futbolunda növbəti qalmaqal yaşanıb. Corner.az xəbər verir ki, klub prezidenti ilə hakimlər arasında əlbəyaxa dava olub.
 
Hadisə Braziliya Kubokunun 1/64 final mərhələsində “Serjipi” – “Botafoqo” görüşündə baş verib. Birincilərin prezidenti Ernan Sena matçın ardından meydana daxil olaraq, hakimlər briqadasına hücum çəkib, onlara zərbələr vurub.
 
Ancaq onun bu hərəkəti cavabsız qalmayıb. Yan xətt hakimi əlindəki bayraqla klub prezidentinin eynəyini qırıb. Senanın üzü qan içində meydanı tərk etdiyi bildirilib.
 
Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb və “Botafoqo” növbəti mərhələyə vəsiqə qazanıb.
 






Offside