27 oktyabr 2024. Bazar günü

Daha 3 komandaya texniki məğlubiyyət verildi


  • Offside
  • 19:56 03.03.2023
  • Oxunma sayı: 61
Daha 3 komandaya texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
Futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin “Alyans Qrup” – “Rəvan” oyunu “Alyans Qrup” komandası təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmayıb. Buna görə “Alyans Qrup”a 0:5 hesablı texniki məğlubiyyət verilib.
 
Region Liqasında keçirilən “Marxal” – “Karvan” matçının 61-ci dəqiqəsində “Marxal”ın baş məşqçisi Xalid Salamov hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 5 oyun cəzalandırılıb.
 
Gənclər Liqasında keçirilən “Sabah” – “Qəbələ” oyununda “Qəbələ”nin futbolçusu Okan Təhməzli qarşılaşma bitdikdən sonra hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalandırılıb.
 
U-17 Liqasında keçirilən “Turan Tovuz” – “Qəbələ” oyununda “Turan Tovuz”un baş məşqçisi Ruslan Məmmədov qarşılaşmanın 75-ci dəqiqəsində hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb.
 
U-16 Liqasında keçirilməli olan İFA – “Sumqayıt” oyununda İFA komandası tərəfindən təcili tibbi yardım maşını və həkim briqadası təmin edilmədiyi üçün oyun baş tutmayıb. Buna görə İFA klubuna 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
U-16 Liqasında keçirilən “Səbail” – “Qəbələ” oyununda “Qəbələ”nin futbolçususu Həbib Hüşənov qarşılaşmanın 30-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı və qırmızı vərəqə aldıqdan sonra hakimə qarşı təhqiramiz ifadələr işlətdiyi üçün 4 oyun cəzalandırılıb.
 
U-14 Liqasında keçirilən “Şahdağ” - İCBFA oyununda İCBFA komandasının baş məşqçisi Məhəbbət Rəhimov qarşılaşmanın 15-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb.
 
U-12 Liqasında keçirilməli olan “Mübariz” FA – “Sabah” qarşılaşmasında “Mübariz” FA komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun baş tutmayıb. Buna görə “Mübariz” FA klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-12 Liqasında keçirilməli olan İCBFA - 8№-li İOEUGİM qarşılaşmasında 8№-li İOEUGİM komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun baş tutmayıb. Buna görə 8№-li İOEUGİM klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.






Offside