Qabil Sayadov Azərbaycan Milli Karate Federasiyasının baş katibi kimi fəaliyyətə başlayıb.
Corner.az xəbər verir ki, Azərbaycan Full Kontakt və Kyokuşin Karate Federasiyasının Hakimlər Komitəsinin sədri və baş hakimi, Fövqaladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun məşqçi müəllimi olan Sayadov həmçinin beynəlxalq dərəcəli 5-ci dan qara kəmər ustası, Xətai İdman Mərkəzi və “Araz Zəngilan” Peşəkar İdman Klubunun təsisiçi və rəhbəri, WFKU-nun (World Full Contact Karate Union) Azərbaycanda rəsmi nümayəndəsidir.