22 may 2026. Cümə

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb


  • Offside
  • 13:03 04.03.2023
  • Oxunma sayı: 111
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Adil Əhmədzadə Portuqaliyada keçirilən "WTT Youth Contender Vila Real 2023" turnirində uğurla çıxış edib.

Federasiyadan Corner.Az-a verilən məlumata görə, qrup mərhələsində Portuqaliya və İspaniya təmsilçilərini üstələyən 14 yaşlı idmançı ardınca Polşa, Peru və Ruminiyadan olan rəqiblərinə qalib gələrək yarımfinala adlayıb.

Finalın bir addımlığında italiyalı rəqibinə uduzan Əhmədzadə bürünc mükafata layiq görülüb.







Offside