8 iyul 2026. Çərşənbə

Hikmət Qafarlıya beynəlxalq təyinat


  • Offside
  • 13:11 05.03.2023
  • Oxunma sayı: 79
Hikmət Qafarlıya beynəlxalq təyinat
FİFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb. Corner.az xəbər verir ki, o, martın 21-dən 26-dək 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunan AÇ-2023-ün əsas mərhələsinin 2-ci qrupunun oyunlarını idarə edəcək.
 
Serbiyada təşkil olunacaq bu qrupun oyunlarında meydan sahibləri ilə yanaşı Ukrayna, Rumıniya və Monteneqro futzalçıları qarşılaşacaq.






Offside