8 aprel 2026. Çərşənbə

Azərbaycan şahmatçıları dostluq görüşündə qələbə qazanıblar


  • Offside
  • 14:53 06.03.2023
  • Oxunma sayı: 99
Azərbaycan şahmatçıları dostluq görüşündə qələbə qazanıblar

Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan silsilə tədbirlər davam edir.

Federasiyadan Corner.Az-a verilən məlumata görə, bu dəfə Azərbaycan və Malayziya şahmatçıları arasında dostluq görüşü keçirilib.

Ölkənin Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudovun təşəbbüsü ilə reallaşan onlayn oyun Azərbaycan komandasının 4,5:3,5 hesablı qələbəsi ilə bitib.

Yarışda Azərbaycanı Fərid Orucov, Tunar Davudov, Səmra Qasımova və Xanım İsmayılova təmsil ediblər.

Ən yaxşı nəticə İsmayılovaya məxsus olub. Şahmatçı hər iki görüşündə qələbə qazanıb.







Offside