Serbiya və Monteneqro millisinin sabiq futbolçusu (2000-2006) Matey Kejman karyerasının bir çox maraqlı detallarının cəmləşdiyi “Məni yalnız Allah mühakimə edə bilər” adlı avtobioqrafiyasını nəşr edib. Corner.az xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu yaxşı və pis mənada yadda qalan bütün anlarını sözügedən avtobioqrafiyaya salıb.
Keçnmiş oyunçu ən uğursuz matçlarından biri kimi, AVRO-2004-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən oyunları bildirib. O, həmin qarşılaşmaları “Piksi xəcaləti” adlandırıb. Kejman, xüsusən də, Podqoritsada 2:2 hesabı ilə başa çatan matçın 59-cu dəqiqəsində əvəzlənməsinə sərt reaksiya göstərib: “Orada haqsızlıqdan incidim”.
Qeyd edək ki, 2003-cü ilin fevralında səfərdə rəqibi ilə heç-heçə edən millimiz iyunda Bakıda Serbiya və Monteneqronu 2:1 hesabı ilə məğlub edib.