27 oktyabr 2024. Bazar günü

Favoritlər sensasiyaya imkan vermədilər


  • Offside
  • 21:05 06.03.2023
  • Oxunma sayı: 75
Favoritlər sensasiyaya imkan vermədilər
Kişi həndbolçuların Azərbaycan çempionatında 17 və 18-ci turların oyunları keçirilib. Corner.az xəbər verir ki, çempionatın lideri “İdman Akademiyası” “AHF Arena”da baş tutan ilk matçda autsayderlərdən olan U-16-nı böyük fərqlə üstələyib – 33:18.
 
“Məhsul” RİOEUGİM-i 42:23, “Dinamo” isə “Bakı”nı 39:29 hesabı ilə məğlub edib.
 
18-ci turda da eyni cütlüklər üz-üzə gəlib, favoritlər sensasiyaya imkan verməyiblər. “İdman Akademiyası” 41:22, “Məhsul” 42:31, “Dinamo” isə 39:32 hesablı qələbəyə seviniblər.
 
Bu qarşılaşmalardan sonra turnir cədvəlinə 39 xalla “İdman Akademiyası” başçılıq edir. “Məhsul” 29 xalla ikinci, “Təhsil” 27 xalla üçüncüdür. 4-cü pillədəki “Dinamo”nun aktivində 24 xal var. RİOEUGİM-lə U-16-nın hərəyə 3 xalı var. “Bakı” 1 xalla autsayderdir.






Offside