27 oktyabr 2024. Bazar günü

UEFA-dan Azərbaycan klublarına 29 milyon manat


  • Offside
  • 17:35 07.03.2023
  • Oxunma sayı: 93
UEFA-dan Azərbaycan klublarına 29 milyon manat
2021-22 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edən 8 kluba UEFA tərəfindən ödənilən maliyyə vəsaiti müəyyənləşib. Corner.az xəbər verir ki, qitə futbol qurumu elita təmsilçilərinə ümumilikdə 28 milyon 924 min 10 manat ödəyib.
 
Bunun böyük hissəsi “Qarabağ”ın payına düşüb. Belə ki, Ağdam klubu 24 milyon 497 min 200 manat gəlir əldə edib. Digər klublardan “Neftçi” 1 milyon 635 min 397 manat, “Zirə” 961 min 395 manat, “Qəbələ” 847 min 787 manat, “Sumqayıt” 847 min 787 manat, “Sabah” 320 min 749 manat, “Şamaxı” 165 min 465 manat, “Səbail” isə 146 min 931 manat qazanıb.
 
Qeyd edək ki, klubların avrokuboklardakı çıxışı ilə əlaqədar və digər layihələrə görə UEFA tərəfindən ayrılan maliyyə vəsaitləri AFFA-nın hesabına və müvafiq olaraq AFFA tərəfindən klubların hesabına köçürülüb.






Offside