Federasiyaların, üzvlərin, akademiyaların saxlanılmasına ayrılan vəsaitlər açıqlanıb. Corner.az xəbər verir ki, bu barədə AFFA-nın Hesabat Konfransında bildirilib.
Belə ki, assosiasiya Futzal Federasiyasına 1 milyon 73 min 600 manat, Regional Futbol Federasiyasına 281 min 369 manat, Futbol Veteranları İttifaqına 170 min 155 manat, Peşəkar Futbol Liqasına 454 min 200 manat, Çimərlik Futbol Federasiyasına 160 min 000 manat, İctimai Futbol Federasiyasına 26 min 400 manat, Tələbə Futbol Federasiyasına 7000 manat, Uşaq və Gənclər Federasiyasına 162 min 000 manat, Əlillər Futbol Federasiyasına 38 min 546 manat, Sahə Futbol Federasiyasına 6300 manat, Futbolun İnkişaf Fonduna 320 min 202 manat, “Turan Tovuz” Futbol Akademiyasına 459 min 703 manat xərcləyib.
Federasiya və üzvlərə ayrılan xərclərin cəmi 3 milyon 159 min 475 manat təşkil edib.