27 oktyabr 2024. Bazar günü

Millimizin rəqibi üçün düşərli arena


  • Offside
  • 17:40 07.03.2023
  • Oxunma sayı: 76
Millimizin rəqibi üçün düşərli arena
Futzal üzrə DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Azərbaycan yığmasını qəbul edəcək Polşa millisi indiyə qədər Koşalin idman zalında 4 oyun keçirib. Corner.az xəbər verir ki, bunlardan 3-ü yoldaşlıq matçı olub. 
 
Rəqibimiz həmin arenada 2017-ci ildə Belarus və Fransa, 2 il sonra isə Braziliya ilə qarşılaşıb. Polşalılar üçün bu arenada keçirilmiş ən yaddaqalan matç AŞ-2018-in pley-off görüşü olub. Macarıstanla qarşılaşan və 6:4 hesabı ilə qələbə qazanan rəqibimiz 17 illlik fasilədən sonra Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
 
Qeyd edək ki, 1971-ci ildə istifadəyə verən arena sonralar bir neçə dəfə təmir olunub. Standartlara tam cavab verən idman qurğusunun tutumu 3000 nəfərdir.
 
Hazırkı məqamda qrup lideri olan Azərbaycan millisi elit-raunda zirvədə yollanmaq niyyətindədir. Polşa yığması ilə martın 7-də keçiriləcək matçda qələbə və heç-heçədən başqa, minimalhesablı yenilgi də komandamızın xeyrinə olacaq.






Offside