27 oktyabr 2024. Bazar günü

Məmmədova 50 min dollarlıq turnirdə


  • Offside
  • 20:04 08.03.2023
  • Oxunma sayı: 75
Məmmədova 50 min dollarlıq turnirdə
Özbəkistanın paytaxtı Daşkənd şəhərində 8 mart beynəlxalq qadınlar gününə həsr olunan beynəlxalq şahmat turniri keçirilir. Corner.az xəbər verir ki, yarışda 10 ölkədən 111 şahmatçı mübarizə aparır.
 
Turnirdə ölkəmizi Gülnar Məmmədova təmsil edir. 3 turdan sonra yarış cədvəlinə aktivində 3 xal olan Valentina Qunina başçılıq edir. Şahmatçımız Gülnar Məmmədova 2,5 xalla 3-9-cu yerləri bölüşdürür.
 
9 turdan ibarət turnirin ümumi mükafat fondu 50 min ABŞ dollarıdır. 
 
Qeyd edək ki, yarışın baş hakimi həmyerlimiz İlahə Qədimovadır.






Offside