- Offside
- 23:57 21.05.2026
Suriya millisinin sabiq kapitanı Əhməd əl-Saleh futboldan ömürlük uzaqlaşdırılıb.
Corner.Az "Reuters"ə istinadən xəbər verir ki, buna səbəb hazırda "Əl-Caiş" komandasında çıxış edən 34 yaşlı müdafiəçinin "Əl-Vətba"ya qarşı çempionat matçında baş hakimə hücum çəkməsi olub.
Təcrübəli oyunçu qırmızı vərəqə aldıqdan sonra dərhal referinin üzərinə hücum çəkərək ona tüpürüb.
Əl-Saleh diskvalifikasiya ilə yanaşı, pul cəriməsi də alıb. Futbolçu 600 000 ABŞ dolları, klubu isə 1,2 milyon dollar ziyana düşüb.