8 iyul 2026. Çərşənbə

NTD-dən Neftçi üzərində qələbə


  • Offside
  • 21:52 08.03.2023
  • Oxunma sayı: 95
NTD-dən Neftçi üzərində qələbə
Bu gün Azərbaycan Basketbol Liqasında 21-ci tura start verilib. Corner.az xəbər verir ki, “Sərhədçi" İdman Mərkəzində NTD və “Neftçi” İK basketbolçuları üz-üzə gəliblər.
 
Oyuna daha üstün başlayan NTD yekunda rəqibi üzərində 109:80 hesablı qələbəyə sevinib.
 
Ən məhsuldar basketbolçular “Neftçi”dən Yuri Kondrakov (26 xal, 5 ribaund ), NTD-dən Kuinton Kempbel (26 xal, 7 ribaund) olublar.
 
21-ci turun digər oyunları (“AAAF Xırdalan” - "Zirvə Astara”, "Gəncə” - “Sərhədçi”, "Olimpik Şəki” - “Sabah”) 9, 11 və 12 mart tarixlərində keçiriləcək.






Offside