9 may 2026. Şənbə

Azərbaycan cüdoçuları üçün Zaqreb sınağı


  • Offside
  • 10:49 10.03.2023
  • Oxunma sayı: 103
Azərbaycan cüdoçuları üçün Zaqreb sınağı
Avropa Cüdo Birliyinin təqviminə görə 11-12 martda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək. Corner.az xəbər verir ki, turnirdə 35 ölkədən 894 idmançı iştirak edəcək.
 
Azərbaycan yarışda 50 nəfərdən ibarət heyətlə təmsil olunacaq.
 
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, qadınlardan ibarət yığmanın məşqçiləri Elnur İsmayılov və Kifayət Qasımova rəhbərlik edəcək.






Offside

"Xorladığımı bilmirəm"
  • Offside
  • 22:33 08.05.2026
"Xorladığımı bilmirəm"