Azərbaycanın FİFA referisi Əliyar Ağayev avrokuboklarda növbəti oyun idarə edib. Corner.az xəbər verir ki, o, Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində "Şerif" (Moldova) və "Nitsa" (Fransa) komandaları arasında baş tutan ilk oyunun baş hakimi olub.
Qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ağayev hər iki komandadan 3 futbolçuya sarı vərəqə göstərib. Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.