Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini açıqlayıb. Corner.az saytı xəbər verir ki, Azərbaycanın 1 komandası siyahıya düşüb.
307 klubun qərarlaşdığı cədvəldəki yeganə təmsilçimiz “Qarabağ”dı. Ağdam təmsilçisi reytinqdə 7 pilləlik irəliləyiş edərək, 62-ci yerə yüksəlib. Qurban Qurbanovun komandasının aktivində 149 xal var.
Dünya reytinqinə yenə “Flamenqo” (299) başçılıq edir. “Real” (308) ikinci pilləyə yüksəlibsə, Braziliyanın digər klubu “Palmeyras” (263) üçüncü sıraya düşüb.