10-12 martda Türkiyənin Konya şəhərində mövsümün 2-ci Karate1 Seriya A turniri keçiriləcək. Corner.az xəbər verir ki, nüfuzlu yarışda 10 idmançımız mübarizə apracaq.
Bunlar Xumar Əlibəyova (50 kq), Suada Kərimova (55 kq), kişilər arasında isə Mircəlal Ələsgərov, Ramil Baxşəliyev (60 kq), Hüseyn Məmmədli (67 kq), Samir İbrahimova, Məcid Əmirov, Tural Ələkbərli, Tale Yaqubov və Nicat Kərimlidir (75 kq).
Milli komandanın üzvlərini AMKF-in Sumqayıt şəhəri üzrə nümayəndəsi Akif Kərimov müşayiət edəcək.
Konyadakı turnirdə 76 ölkədən mindən artıq karateçi iştirak edir. Karate1 silsiləsindən Seriya A turnirlərində dünya reytinqinin 32-ci pilləsindən aşağı yer tutan idmançılar mübarizə aparır.