Barış Şimşəkin AFFA Hakimlər Komitəsinə sədr təyinatından sonra AFFA ilə əməkdaşlıq etməyə başlayan türkiyəli Bahattin Duran Səudiyyə Ərəbistanından dəvət alıb. Corner.az saytı xəbər verir ki, sabiq referi orada köməkçi hakim-məşqçi kimi fəaliyyət göstərəcək.
Anlaşmaya görə, o, martın 19-dan 22-dək orada fəaliyyət göstərəcək. Belə ki, həmin müddətdə Səudiyyə Ərəbistanı Futbol Federasiyası tərəfindən keçiriləcək Elit dərəcəli hakim seminarında köməkçi hakim-məşqçi olacaq.
Qeyd edək ki, 47 yaşlı Bahattin Duran Azərbaycanda hakimlər üçün müntəzəm seminarlar təşkil edir.