- Offside
- 22:48 26.11.2024
Niderland millisinin futbolçusu Yasper Sillessenin keçmiş sevgilisi Mariya Moran onu şantajda ittiham edib.
Corner.Az xəbər verir ki, xanım iki il 33 yaşlı qapıçının ona təzyiq göstərdiyini açıqlayıb.
Mariya Moran, hamilə olan zaman Sillessen abort üçün dəfələrlə ona xəbərdarlıq etdiyini bildirib: “Məni çox qorxudurdu. Deyirdi ki, istədiyini etməsəm, şəxsi foto və videolarımı paylaşacaq. Hər gün məni şantaj edirdi, media ilə danışmağıma icazə vermirdi”.
Mariya Moranın vəkili tərəfindən qapıçıya qarşı müxtəlif cinayət və mülki işlər qaldırılıb. Sillessen hətta həbs cəzası da ala bilər.
Qeyd edək ki, hazırda ölkəsində “Neymegen” klubunun formasını geyinən Yasper Sillessen 2013-cü ildən milli komandada çıxış edir.