27 oktyabr 2024. Bazar günü

Yığmamızın rəqibləri bəlli oldu


  • Offside
  • 15:54 11.03.2023
  • Oxunma sayı: 76
Yığmamızın rəqibləri bəlli oldu
Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin inkişaf etməkdə olan ölkələrin turnirində rəqibləri müəyyənləşib. Corner.az xəbər verir ki, Beynəlxalq Həndbol Federasiyasının (IHF) Bazeldəki mənzil qərargahında keçirilən püşkatma mərasimində yığmamız D qrupunda Bolqarıstan və Nigeriyaya rəqib olub.
 
Püşkün nəticəsinə əsasən, iştirakçı 12 komanda hərəsində üç yığma olmaqla 4 qrupa bölünüb. Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.
 
Qeyd edək ki, yarış 25-30 aprel aralığında Bolqarıstanın Varna şəhərində keçiriləcək.
 
A qrupu: Malta, Andorra, Hindistan
 
B qrupu: Kipr, Moldova, Avstraliya
 
C qrupu: Böyük Britaniya, Kuba, Qvatemala
 
D qrupu: Azərbaycan, Bolqarıstan, Nigeriya






Offside