İtaliyanın paytaxtı Roma şəhərində keçirilən cüdo üzrə Açıq Avropa turnirinə start verilib. Corner.az xəbər verir ki, ilk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxıb.
60 kq çəkidə yarışan cüdoçu Kənan İsmayılov yarışı 3-cü yerdə başa vurub. Kənan bürünc medal uğrunda görüşdə niderlandlı idmançı Emiel Carinqə qalib gəlib.
73 kq çəkidə mübarizə aparan cüdoçu İbrahim Əliyev yarışı 7-ci yerdə tamamlayıb.