27 oktyabr 2024. Bazar günü

Mingəçevirdə avarçəkmə üzrə Gənclər kuboku təşkil olunub


  • Offside
  • 00:10 12.03.2023
  • Oxunma sayı: 60
Mingəçevirdə avarçəkmə üzrə Gənclər kuboku təşkil olunub
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində ölkə birinciliyi təşkil edib.
Federasiyadan Corner.Az-a bildirilib ki, “Gənclər kuboku” adı altında təşkil olunan turnirdə Mingəçevir və Bakıdan olan 2005-2010-cu il təvəllüdlü 80 yeniyetmə və gənc idmançı ölkə birinciliyi uğrunda mübarizə aparıb.
Avarçəkənlər akademik, kayak və kanoe növlərində yarışıblar. Turnirin qalibləri diplom və medallarla mükafatlandırılıblar. Həmçinin yarışı izləməyə gələn tamaşaçılara da müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, 4-7 may “Prezident kuboku-2023” beynəlxalq reqatası öncəsi təşkil olunan bu yarış həm də idmançıların hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır. “Gənclər kuboku”nda fərqlənən idmançılar “Prezident kuboku” beynəlxalq reqatasında iştirak hüququ qazanıb.





Offside