8 aprel 2026. Çərşənbə

Sabah səfərdə qələbə qazandı


  • Offside
  • 19:41 12.03.2023
  • Oxunma sayı: 78
Sabah səfərdə qələbə qazandı
Azərbaycan Basketbol Liqasında 21-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, turun son oyunu Şəki Olimpiya İdman Kompleksində keçirilib.
 
“Olimpik Şəki” doğma azarkeşləri önündə “Sabah”la üz-üzə gəlib. Əlavə vaxtın yaşandığı gərgin mübarizənin sonunda bakılılar 86:80 hesabı ilə qələbə qazanıblar.
 
Ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Larri Robinson (36 xal, 9 ribaund), “Sabah”dan isə Entoni Patti (27 xal, 8 ribaund) olub.
 
22-ci turun oyunları 15-19 mart tarixləri aralığında baş tutacaq.






Offside