8 aprel 2026. Çərşənbə

Krivotsyuklu Daejeon evdə xal itirdi


  • Offside
  • 22:52 12.03.2023
  • Oxunma sayı: 87
Krivotsyuklu Daejeon evdə xal itirdi
Futbol üzrə Cənubi Koreya çempionatında 3-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Pohanq”la qarşılaşıb. Matç qapılara qol vurulmayıb – 0:0.
 
Anton da bu görüşün iştirakçısı olub. O, əvvəlki iki turda olduğu kimi, bu dəfə də 90 dəqiqə oynayıb.
 
“Daejeon” hazırda 5 xalla 4-cü pillədə qərarlaşıb.






Offside