8 aprel 2026. Çərşənbə

Azərbaycanlı futbolçuların debütündə məğlubiyyət


  • Offside
  • 23:04 12.03.2023
  • Oxunma sayı: 109
Azərbaycanlı futbolçuların debütündə məğlubiyyət
Latviya çempionatında yeni mövsümə start verilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də ilk matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Tukums 2000”nin qonağı olub. Futbolçularımızın komandası meydanı minimal hesablı məğlubiyyətlə tərk edib.
 
Hər iki futbolçumuz bu oyuna start heyətdə başlayıb. Nazim 82, Ramin isə 88-ci dəqiqədə əvəzlənib.
 
Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinir.






Offside