28 noyabr 2024. Cümə axşamı

Millimizin baş məşqçisinin səhhətində problem yarandı


  • Offside
  • 12:00 13.03.2023
  • Oxunma sayı: 65
Millimizin baş məşqçisinin səhhətində problem yarandı
Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi martın 9-dan etibarən təlim-məşq toplanışını davam etdirir. Corner.az xəbər verir ki, komanda gündə iki dəfə olmaqla Bakı İdman Sarayında hazırlıq keçir.
 
Heyətdə zədəli oyunçu yoxdur. Bu gün saat 18:00-da başlayacaq məşq prosesini KİV nümayəndələri üçün açıq olacaq.
 
Toplanış martın 15-də başa çatacaq. Komanda ayın 20-də qrup oyunlarının keçiriləcəyi Bosniya və Herseqovinaya yola düşəcək. U-19 martın 22-də Fransanın, ertəsi gün isə meydan sahibi Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Milli qrupda son oyununu martın 25-də Yunanıstan yığmasına qarşı keçirəcək.
 
Yeri gəlmişkən, milli komandanın hazırlıq prosesinə U-17-nin baş məşqçisi İlqar Aslanov rəhbərlik edir. Buna səbəb U-19-un baş məşqçisi Ağatahir Əzimovun səhhətində problemlərin yaranmasıdır. O, yaxın günlərdə cərrahiyyə əməliyyatı olunacaq. Komandanı AÇ-nin oyunlarına da İlqar Aslanov çıxaracaq.






Offside