8 aprel 2026. Çərşənbə

Akrobatika gimnastlarımız Portuqaliyada qızıl medal qazanıblar


  • Offside
  • 12:03 13.03.2023
  • Oxunma sayı: 116
Akrobatika gimnastlarımız Portuqaliyada qızıl medal qazanıblar

Azərbaycan təmsilçiləri Portuqaliyanın Maya şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıblar.

Corner.Az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlük qarışıq hərəkətlər proqramında birinci olub.

Qeyd edək ki, idmançılar ötən il eyni yarışda bürünc medala sahib çıxıblar.







Offside