27 oktyabr 2024. Bazar günü

Sabah'la ikinci yer uğrunda mübarizə aparacağıq


  • Offside
  • 15:27 13.03.2023
  • Oxunma sayı: 69
Sabah'la ikinci yer uğrunda mübarizə aparacağıq
“Neftçi”nin qapıçısı İvan Brkiç cari mövsümdəki çıxışlarına toxunub. Corner.az xəbər verir ki, Xorvatiya mətbuatına açıqlama verən 28 yaşlı qolkiper hədəflərinin ölkə kubokunu qazanmaq olduğunu söyləyib.
 
Brkiç Premyer Liqada da ikincilik uğrunda yarışacaqlarını deyib:
 
“Ölkə kubokunun yarımfinalındayıq və əsas favoritlər “Qarabağ”la “Sabah” mübarizədən kənarlaşdırılıb. Buna görə də orada ciddi ambisiyalarımız var. Çempionatda isə “Sabah”la ikinci yer uğrunda mübarizə aparacağıq”.
 
Qeyd edək ki, “Neftçi” Azərbaycan kubokunun yarımfinalında apreldə “Turan Tovuz”la qarşılaşacaq. Premyer Liqada aktivində 55 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “ağ-qaralar” ikinci sıradakı “Sabah”dan 4 xal geri qalır. 






Offside