Rusiya millisi Mərkəzi Asiya Futbol Assosiasiyasının (CAFA) ilk çempionatında iştirak edəcək. Corner.az xəbər verir ki, bu barədə Tacikistan Futbol Federasiyasının mətbuat katibi məlumat verib.
Federasiya rəsmisinin sözlərinə görə, ruslar iyunun 9-dan 21-dək keçiriləcək turnirdə qüvvəsini sınayacaq. Yarışda assosiasiyasının bütün altı üzvü – Tacikistan, İran, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Əfqanıstanın iştirakı təsdiqlənib.
Qeyd edək ki, fevralın 24-dən Ukrayna qarşı olan hərbi təcavüzə görə Rusiya millisi və klubları FIFA və UEFA tərəfindən beynəlxalq yarışlardan kənarlaşdırılıb.