İngiltərə hakimiyyətini tənqid etdiyi üçün BBC telekanalından kənarlaşdırılan aparıcı, keçmiş futbolçu Qari Lineker yenidən işinə qaytarılıb. Corner.az xəbər verir ki, bu barədə sözügedən telekanal məlumat yayıb.
BBC-nin baş direktoru Tim Deyvi baş verənlərə görə Linekerdən üzr istəyərək, onun yenidən “Match of the Day” proqramında aparıcı kimi fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.
Xatırladaq ki, Lineker martın 7-də “Twitter” hesabında ölkə rəhbərliyini immiqrantlara qarşı siyasətinə görə tənqid etdiyi üçün BBC rəhbərliyi onu ayın 10-da telekanaldan uzaqlaşdırmışdı.
Əlavə olaraq bildirək ki, 62 yaşlı keçmiş futbolçu təxminən 30 ildir BBC-də çalışır. Lineker yeni qərardan sosial şəbəkə hesabında paylaşım edərək ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.