27 oktyabr 2024. Bazar günü

9 ölkənin yığması Bakıya gəlir


  • Offside
  • 15:10 14.03.2023
  • Oxunma sayı: 68
9 ölkənin yığması Bakıya gəlir
Bakıda minifutbol üzrə beynəlxalq turnir keçiriləcək. Corner.az Azərbaycan Minifutbol Federasiyasına (AMF) istinadən xəbər verir ki, yarış mayın 1-də start götürəcək.
 
AMF-in təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir ayın 6-dək davam edəcək.
 
Yarışda Azərbaycan yığması ilə yanaşı, daha 9 komanda - Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri də iştirak edəcəklər. Qalib mayın ayının 6-da müəyyənləşəcək.
 
Qeyd edək ki, beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlərin idarə edəcəyi oyunlar Bakı Tennis Akademiyasında baş tutacaq.
 






Offside